Vilayət Eyvazov: "Azad olunan ərazilərdə təhlükəsizlik və asayiş qətiyyətlə qorunur"

2021/03/vilay-1615553488.jpg
Oxunub: 200     15:17     08 Noyabr 2023    
“İnsanların dinc əməyinin keşiyində həmişə ayıq-sayıq dayanan Daxili Qoşunlar və Azərbaycan polisi həyatın yenidən qayıtdığı ərazilərdə təhlükəsizliyi və asayişi qətiyyətlə qoruyur, xidməti vəzifələrini əzmlə yerinə yetirirlər”.

Ordu.az xəbər verir ki, bu fikirlər daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun Zəfər Günü münasibəti ilə Daxili İşlər Nazirliyinin əməkdaşlarına ünvanladığı təbrikdə yer alıb.

O xatırladıb ki, indi Qarabağın işğaldan azad edilmiş ərazilərində genişmiqyaslı bərpa-quruculuq işləri aparılır:

“Şanlı Zəfərdən Böyük Qayıdışa doğru inamlı addımlar atılır. Əminəm ki, öz andına daim sadiq olan şəxsi heyətimiz xalqın və Ali Baş Komandanın etimadını bundan sonra da layiqincə doğruldacaqdır”.

V.Eyvazov vurğulayıb ki, DİN-in hərbi qulluqçuları Murov zirvəsinə, Cəbrayıl, Hadrut, Füzuli və Şuşaya "Zəfər yürüşü"nün ön sıralarında olublar:

“Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə tərkibində Daxili Qoşunların da olduğu rəşadətli ordumuz üç il öncə Qarabağın işğalına son qoyaraq şanlı tarix yazdı. Vətən torpaqlarını canı-qanı bahasına azad edən və 44 gün ərzində yalnız irəliləyən əsgər və zabitlərimizin döyüşlərdə göstərdiyi misilsiz qəhrəmanlıq və fədakarlıq heç vaxt unudulmayacaq, şəhidlərimizin əziz, xatirəsi qəlbimizdə daim yaşayacaqdır. Xalqımızın çoxəsrlik tarixində müstəsna yeri olan Zəfər Günü və Dövlət Bayrağı Günü münasibətilə sizi, hörmətli veteranlarımızı, respublikamızın ərazi bütövlüyü uğrunda döyüşlərdə həyatını qurban vermiş hərbçilərimizin və polis əməkdaşlarının ailə üzvlərini ürəkdən təbrik edir, ən xoş diləklərimizi çatdırıram”.

Nazir həmçini qeyd edib ki, Silahlı Qüvvələrimiz, o cümlədən Daxili Qoşunların şəxsi heyəti öz peşəkarlığını, döyüş hazırlığını Böyük Zəfərin davamı olan antiterror tədbirləri zamanı bir daha nümayiş etdirdi:

"Xankəndi, Xocalı, Xocavənd, Əsgəran və Ağdərədə ucaldılan Dövlət Bayrağımız xalqımıza tükənməz sevinc və qürur yaşatdı, dövlət suverenliyimiz tam bərpa olundu”.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Vilayət-Eyvazov   DİN  


Bizi "telegram"da izləyin