Veteranlar "20 ilin Zəfər yolu" adlı bayram tədbiri keçirib

2023/11/1699433626.jpg
Oxunub: 233     12:20     08 Noyabr 2023    
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında “20 ilin Zəfər yolu” adlı bayram tədbiri keçirilib.

Ordu.az xəbər verir ki, tədbirdə Birinci Qarabağ müharibəsi, 44 günlük Vətən müharibəsi və digər kateqoriyadan olan veteranlar iştirak edib.

Tədbirdən əvvəl Ümummilli Lider Heydər Əliyevin o cümlədən, respublikamızın ərazi bütövlüyü uğrunda döyüşlərdə həlak olan şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, daha sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbirdə Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov 8 Noyabr zəfərinin tarixi önəmindən bəhs edib.

Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələrinin misilsiz qələbəyə imza atdığını bildirən polkovnik, bu zəfərin dünya hərb tarixində müstəsna yer tutduğunu, əsrlər sonra da öz unikallığı ilə dünyanı heyrətləndirməkdə davam edəcəyini bildirib.

8 Noyabr zəfərinin üçüncü ildönümü münasibətilə Müzəffər Ali Baş Komandanı, eləcə də bütün Azərbaycan xalqını təbrik edən polkovnik Cəlil Xəlilov, zəfəri xalqımıza bəxş edən şəhid və qazilərin tarixi fədakarlığının heç vaxt unudulmayacağını, daim ehtiram hissi ilə yad ediləcəyini bildirib.

Tədbirdə çıxış edən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri Fatma Səttarova Prezident İlham Əliyevi 8 Noyabr zəfərinin baş memarı adlandırıb, Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələrinin cəmi 44 gün içərisində erməni faşizmini darmadağın etdiyini diqqətə çatdırıb.

Dövlət başçısının müharibə dönəmində bir dəfə də olsun hərbi mundiri əynindən çıxarmadığını bildirən təşkilat sədri, Prezident İlham Əliyevin ata vəsiyyyətini, xalqın ümid və gözləntisini reallığa çevirdiyini söyləyib.

F.Səttarova bayram münasibəti ilə ölkə rəhbərini, həmçinin Azərbaycan xalqını təbrik edib, şəhidlərə Allahdan rəhmət diləyib.

Tədbirdə çıxış edən veteranlar 8 Noyabr zəfərinin hərbi-siyasi, habelə, tarixi əhəmiyyətindən bəhs edib, bu qələbənin özü ilə gətirdiyi yeni reallıqlara toxunub.

Daha sonra 44 günlük Vətən müharibəsində iştirak edən bir qrup şəxsə Təşkilatın üzvlük vəsiqələri təqdim edilib.

Tədbir konsert proqramı ilə davam edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Veteran   Zəfər-yolu  


Bizi "telegram"da izləyin