Peşə müəssisələrində ödənişli oxuyan Müharibə veteranlarının təhsil haqqını dövlət ödəyəcək

2023/11/6548c-1699270860.jpg
Oxunub: 237     15:20     06 Noyabr 2023    
Müharibə veteranlarının dövlət peşə təhsili müəssisələrində ödənişli əsaslarla təhsil aldıqları müddətdə təhsil haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək.

Ordu.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi "Peşə təhsili haqqında” qanuna dəyişiklikdə əksini tapıb.

Dövlət peşə təhsili müəssisələrində ödənişli əsaslarla təhsil aldıqları müddətdə təhsil haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödənilən şəxslərin kateqoriyası genişləndirilib. Belə ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə görə “Müharibə veteranı” adı almış şəxslərin də artıq dövlət peşə təhsili müəssisələrində ödənişli əsaslarla təhsil aldıqları müddətdə təhsil haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Peşə-müəssisələri   Müharibə-veteranları  


Bizi "telegram"da izləyin