ABŞ HDQ ikinci təkmilləşdirilmiş “Mercury” “qiyamət günü təyyarəsi”ni təhvil alıb

2023/11/mercu-1699254861.jpg
Oxunub: 1377     14:01     06 Noyabr 2023    
ABŞ-nin müdafiə sənayesi istehsalçısı “Northrop Grumman” İnteqrasiya edilmiş Modifikasiya və Texniki Qulluq Müqaviləsi (IMMC) çərçivəsində ikinci təkmilləşdirilmiş E-6B “Mercury” təyyarəsini müvəffəqiyyətlə Birləşmiş Ştatların Hərbi Dəniz Qüvvələrinə (HDQ) təhvil verdiyini açıqlayıb.

Ordu.az xəbər verir ki, E-6B “Mercury” mahiyyətcə Milli Komandanlıq Təşkilatı ilə ABŞ-nin nüvə qüvvələri arasında təlimatların ötürülməsinə kömək edən uçan komanda mərkəzidir və nüvə müharibəsindəki potensial rolunu nəzərə alaraq, təyyarə “qiyamət günü təyyarəsi” ləqəbini alıb.

İdeya ondan ibarətdir ki, hava-desant komanda mərkəzi nüvə müharibəsi kimi böhran vəziyyətində hərbi komandirlər üçün daha etibarlı rabitə mərkəzi ola bilər.

Hətta ən pis ssenaridə belə, E-6B “Mercury” parkı qərar qəbul edənlərə nüvə silahlarını daşıyan və ya çatdıran sistemlərlə əlaqə saxlamağa imkan verir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   HDQ  


Bizi "telegram"da izləyin