5-ci A400M təyyarəsi Türkiyə HHQ-yə təhvil verilib

2023/11/2023--1699080758.jpg
Oxunub: 1519     12:16     04 Noyabr 2023    
Türkiyə HHQ-nin inventarındakı ən böyük nəqliyyat təyyarəsi olan “Airbus” A400M-lər üçün “yenidənqurma”, yəni qabiliyyəti təkmilləşdirmə işləri aparılır.

Ordu.az xəbər verir ki, bu çərçivədə 5-ci təyyarənin təkmilləşdirilməsi prosesi 2023-cü il iyunun 12-də başlayıb.

A400M təyyarələri yardım fəaliyyətləri, evakuasiya əməliyyatları, hərbi əməliyyatlar, personal və materialların daşınması və fəlakətlərdə hava körpüsünün yaradılması kimi geniş bir sahədə istifadə olunur.

Türkiyə Milli Müdafiə Nazirliyinə bağlı ASFAT-ın əsas podratçılığı altında həyata keçirilən “A400M Təkmilləşdirmə Layihəsi” çərçivəsində fəaliyyətləri tamamlanan 5-ci təyyarə oktyabrın 27-də Türkiyə Hərbi Hava Qüvvələrinə (HHQ) təhvil verilib.

Türkiyə HHQ-nin inventarında olan 9 ədəd A400M təyyarəsinin “Təkmilləşdirmə/yaxşılaşdırma” fəaliyyətləri “Airbus” şirkəti ilə bağlanmış müqavilə ilə ASFAT-ın əsas podratçılığı altında Kayseri 2-ci Hava Baxım Zavodu Müdirliyinin obyektlərində həyata keçirilir.

Bu təkmilləşdirmə fəaliyyətləri dünyada yalnız 4 mərkəzdən birində edilə bilər.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   HHQ  


Bizi "telegram"da izləyin