Fələstin tərəfdarları Senatda Blinkenin çıxışını yarıda kəsib, şüarlar səsləndiriblər - VİDEO+FOTO

2023/10/65411-1698765088.jpg
Oxunub: 13688     18:47     31 Oktyabr 2023    
ABŞ dövlət katibi Entoni Blinkenin Senatın komitəsində keçirilən dinləmədəki açılış nitqi etirazçılar tərəfindən kəsilib.

Ordu.az CNN-ə istinadən xəbər verir ki, Blinkenin çıxışına başlamasının ilk dəqiqəsində etirazçılardan biri “atəşkəs indi”, “Qəzzadakı uşaqları xilas et” şüarları səsləndirib.

Daha sonra digər dörd etirazçı və daha bir etirazçı qrupu Blinkenin çıxışını bölüb.

Etirazçılar həmçinin, “Fələstindən Meksikaya, bütün divarlar götürülməlidir”, “Qoy Qəzza yaşasın” şüarları səsləndiriblər.

Dinləmənin keçirildiyi zaldakı bəzi etirazçılar isə qırmızıya boyadıqları əllərini yuxarı qaldıraraq Qəzzadakı vəziyyətə diqqət çəkməyə çalışıblar.




Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Fələstin   ABŞ   Blinken  


Bizi "telegram"da izləyin