Eyni “Mi-17” helikopteri ikinci dəfə qəzaya uğrayıb

2023/10/Mi-17-1698219689.jpg
Oxunub: 12683     13:47     25 Oktyabr 2023    
Bu yaxınlarda Kolumbiya ordusunun quru aviasiya bölməsi DAVAA-ya məxsus Rusiya istehsalı olan “Mi-17-1V” ümumi məqsədli helikopteri ölkənin şimal-qərbində qəzaya uğrayıb.

Ordu.az xəbər verir ki, EJE-3378 bort nömrəli helikopter enişə bir neçə metr qalmış qəzaya uğrayıb.

Qəza, yerdəki birliklər üçün logistik təchizat əməliyyatının ortasında baş verib. Ekipaj üzvləri və fərdi şəxslər də daxil olmaqla 6 nəfərin yaralandığı qəzada can itkisi olmayıb.

Bu hadisə eyni “Mi-17” helikopterinin ikinci qəzası kimi qeydə alınıb. İlk dəfə 2013-cü ilin fevralında qəzaya uğrayan EJE-3378 bort nömrəli “Mi-17” DAVAA tərəfindən təmir edilərək yenidən istifadəyə verilib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Mi-17   DAVAA   Kolumbiya  


Bizi "telegram"da izləyin