Vitali Balasanyan Ermənistan MTX-də dindirilib - Nə deyib?

2023/10/1696493551.jpg
Oxunub: 30103     11:55     17 Oktyabr 2023    
Ləğv edilmiş qondarma qurumun “təhlükəsizlik şurasının keçmiş katibi”, Xocalı soyqırımı cinayətkarı Vitali Balasanyan qanunsuz silah əldə etmə işi çərçivəsində Ermənistan Milli Təhlükəsizlik Xidmətində (MTX) dindirilib.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Joğovurd” nəşri yazıb.

Nəşrə görə, Balasanyan Ermənistan MTX-də ifadə verib və elə şeylər deyib ki, əslində ibtidai istintaq orqanı bu işdə iştirak edən şəxslərə qarşı heç nə tapmayıb.

“Qeyd edək ki, bu cinayət işi təxminən 4-5 ay əvvəl açılıb. Bu işdə keçmiş məşhur rəsminin adı hallanır. Onun adını yaxın gələcəkdə açıqlayacağıq. Məlumat üçün bildirək ki, Vitali Balasanyan və oğlunun cinayət işinə artıq xitam verilib. “Qarabağ prokurorluğu” (ləğv edilmiş qondarma qurum-red.) bildirib ki, Əsgəran sakini A. B.-yə ünvanlı kredit müqaviləsi ilə arı ailələri almaq məqsədilə 74 milyon 500 min dram kredit ayrılsa da, verilən pul başqa məqsədlər üçün istifadə edilib. Balasanyanın müdafiəçisi iddia edib ki, Balasanyanın oğlu 74 milyon əvəzinə 300 milyondan çox proqram həyata keçirib. Qarabağ ərazisində həmin məbləğlə yeni arı ailələri yaradılıb, kreditin başqa məqsədlə istifadəsinə dair şübhələr əsassız hesab edilib”, - deyə nəşr bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Vitali-Balasanyan   Ermənistan   MTX  


Bizi "telegram"da izləyin