ABŞ Suriyaya “Sentinel” HHM radar sistemi göndərib

2023/10/1697441985.jpg
Oxunub: 17279     15:00     16 Oktyabr 2023    
ABŞ ordusu Suriyanın şərqindəki Deyr əz-Zor vilayətində terror təşkilatı PKK/YPG-nin işğal etdiyi neft sahəsində İranın dəstəklədiyi xarici ünsürlərin tez-tez hədəf aldığı bazalarına “Sentinel” Hava Hücumundan Müdafiə (HHM) radar sistemi göndərib.

Ordu.az xəbər verir ki, ABŞ ordusu ötən günlərədə İraq və Suriya arasındakı əl-Valid sərhəd qapısından Hasaka vilayətindəki Şəddadi bazasına hərbi yük göndərib.

Bu günlərdə ABŞ qüvvələri Hasaka üzərindən gətirdikləri 4 ədəd “Sentinel” radar sistemini Deyr əz-Zorda yerləşən Ömər neft yatağı və Koniko təbii qaz obyektindəki bazalarına yerləşdirib.

ABŞ ordusu da bu bazalara 4 ədəd Yaylım Atəşli Reaktiv Sistemi (YARS) göndərib.

Mənbələr bildiriblər ki, bazalarda yerləşdirilən radarların məqsədi Fərat çayının qərb sahilində İranın dəstəklədiyi terrorçu qrupların hücumlarına cavab verməkdir.



Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Suriya   Sentinel   HHM  


Bizi "telegram"da izləyin