Vitali Balasanyan Ermənistan MTX-də dindirilib

2021/01/Untit-1610523195.jpg
Oxunub: 23276     10:29     16 Oktyabr 2023    
Ləğv olunmuş qondarma qurumun “təhlükəsizlik şurasının keçmiş katibi”, Xocalı soyqırımı cinayətkarı Vitali Balasanyan Ermənistan Milli Təhlükəsizlik Xidmətində şahid qismində dindirilib.

Ordu.az xəbər verir ki, bu barədə onun vəkili Rafayel Martirosyan məlumat verib.

“Balasanyanın ümumiyyətlə işə aidiyyəti yoxdur, o, şahid qismində dindirilib və hesab edirəm ki, Balasanyanın ifadəsinin bu cinayət işinin istintaqına heç bir aidiyyatı olmayacaq”, - deyə erməni vəkil bildirib.

Martirosyan cinayət işinin digər təfərrüatlarını açıqlamayıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Vitali-Balasanyan   Ermənistan  


Bizi "telegram"da izləyin