Yaşar Gülər: “NATO müttəfiqləri tərəfindən məhdudiyyətlərə məruz qalmağımız qəbuledilməzdir”

2023/08/1691841105.jpg
Oxunub: 29425     12:07     13 Oktyabr 2023    
“NATO müttəfiqləri tərəfindən məhdudiyyətlərə məruz qalmağımız qəbuledilməzdir”.

Ordu.az xəbər verir ki, bunu NATO müdafiə nazirlərinin Brüsseldə keçirilən toplantısı çərçivəsində jurnalistlərə açıqlama verən Türkiyənin milli müdafiə naziri Yaşar Gülər deyib.

O bildirib ki, Türkiyənin NATO-ya verdiyi töhfələrə rəğmən, ixrac məsələlərində məhdudiyyətlər tətbiq edilir: “Bunlar təkcə bizim yox, NATO-nun təhlükəsizliyinə mənfi təsir edir. Türkiyə olaraq NATO-nun və Avropa – Atlantik məkanının təhlükəsizliyinə töhfə verməyə davam edəcəyik”.

Y.Gülər, həmçinin qeyd edib ki, Türkiyə PKK/YPG, FETÖ, İŞİD, Əl-Qaidə və digər terror təşkilatları ilə mübarizəni davam etdirəcək: “İclas zamanı bu barədə də danışdıq. Dedik ki, bu istiqamətdə müttəfiqlərimizdən dəstək gözləyirik. PKK/YPG terror təşkilatını dəstəkləməyin heç bir bəhanəsi ola bilməz”.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: NATO   Türkiyə  


Bizi "telegram"da izləyin