Ərdoğan “Anka” PUA-sı ilə bağlı: “Zamanı gələndə lazımi tədbir görüləcək”

2023/10/1696920748.jpg
Oxunub: 1195     10:51     10 Oktyabr 2023    
Türkiyə təhlükəsizlik qüvvələrinin Suriyada həyata keçirdiyi son əməliyyatlarda PKK/YPG terror təşkilatına aid bir çox hədəf məhv edilib.

Ordu.az xəbər verir ki, hədəfləri məhv edən Pilotsuz Uçuş Aparatlarından (PUA) biri ABŞ ordusu tərəfindən “bölgədəki ABŞ ünsürlərinə 500 metr yaxınlaşdığı” əsası ilə vurulub.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra verdiyi açıqlamalarda bu hadisəyə toxunub.

“Yalnız terror təşkilatı üzvlərini, terrorçuların istifadə etdiyi obyektləri, gəlir mənbələrini və terrorun imkanlarını hədəf aldığımız əməliyyatımızın birinci mərhələsi uğurla tamamlandı. Oktyabrın 1-dən indiyədək 194 terrorçu hədəf vurulub, 162 terrorçu zərərsizləşdirilib. Hər əməliyyatda olduğu kimi, son əməliyyatda da ən böyük problemi İŞİD bəhanəsi ilə terror təşkilatına dəstək verən müttəfiqimizlə yaşadıq. Məlum olduğu kimi, bölgədəki terror təşkilatları ilə illərdir sıx əlaqədə olan digər qüvvələrə də çağırış edirik. Bu ölkələrdən əməliyyatlarımızda zərər görməmələri üçün bölgədəki hərbi və kəşfiyyat ünsürlərini terrorçulardan uzaq tutmalarını xahiş edirik. Son əməliyyatdan əvvəl həm Xarici İşlər Nazirliyimiz, həm Milli Müdafiə Nazirliyimiz, həm də MİT qurumumuz səviyyəsində eyni xəbərdarlıqları etmişdik. Biz bu əməliyyatı terrorçulardan başqa heç kimə zərər vermədən “ağ süd”ün içindəki “ağ saçları” ayırd etmək üçün həssaslıqla həyata keçirdik. Buna baxmayaraq, xoşagəlməz və həmsöhbətlərimizin təbirincə desək, “təəssüf doğuran” hadisənin qarşısını ala bilmədik. Bu hadisənin milli yaddaşımıza həkk olunduğu şübhəsizdir. Zamanı gələndə lazımi tədbir görüləcək”, - deyə Ərdoğan qeyd edib.

TUSAŞ tərəfindən hazırlanan “Anka” PUA-sı təxminən 200 min uçuş saatını tamamlayıb və indiyə qədər ən az 6 ölkəyə ixrac edilib. Digər tərəfdən, “Anka”nın “Aksungur” adlı iki mühərrikli versiyası da var. 750+ kiloqram yükgötürmə qabiliyyətinə malik olan “Aksungur” ilk ixrac uğurunu da əldə edib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ərdoğan   Anka   PUA  


Bizi "telegram"da izləyin