Türkiyə XİN: PUA müxtəlif texniki qiymətləndirmələrə görə itib

2023/10/F7wNQ-1696662388.jpg
Oxunub: 19710     11:13     07 Oktyabr 2023    
Türkiyə Xarici İşlər Nazirliyi İraq və Suriyada PKK/YPG hədəflərinə qarşı aparılan əməliyyatlar və vurulan Pilotsuz Uçuş Aparatı (PUA) ilə bağlı açıqlama verib.

Ordu.az xəbər verir ki, açıqlama rəsmi X hesabında paylaşılıb.

“2023-cü il oktyabrın 1-də törədilən terror aktından sonra özünümüdafiə hüquqlarımız çərçivəsində Silahlı Qüvvələrimiz və Kəşfiyyat Təşkilatımız tərəfindən İraq və Suriyadakı PKK/YPG terror hədəflərinə qarşı hərtərəfli əməliyyatlar başladılıb. Bu çərçivədə ötən gün (5 oktyabr) Suriyanın şimalında başda Tel Rıfat, Cizirə və Derik bölgələri olmaqla separatçı terror təşkilatına aid bir çox hədəf məhv edilib. Əməliyyat zamanı üçüncü şəxslərlə idarə olunan gərginliyi azaltma mexanizmində müxtəlif texniki qiymətləndirmələr aparıldığı üçün 1 PUA itirilib. Münaqişəsiz mexanizmin əlaqəli tərəflərlə daha səmərəli fəaliyyət göstərməsi üçün zəruri tədbirlər görülür. Sözügedən hadisə davam edən əməliyyatın icrasına və müəyyən edilmiş hədəflərin vurulmasına heç bir təsir göstərməyib. İraqda olduğu kimi, Suriyada da terror təşkilatının inkişaf etdirdiyi bütün imkan və gəlir mənbələri sistemli şəkildə məhv edilməyə davam edəcək”, - deyə məlumatda qeyd olunub.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   XİN   PUA  


Bizi "telegram"da izləyin