Selçuk Bayraktar Suriyada vurulan “Anka-S” haqqında: “Quş ölər, sən uçuşu xatırla...”

2023/10/1696658061.jpg
Oxunub: 16120     11:11     07 Oktyabr 2023    
Türkiyənin “Baykar” şirkətinin İdarə Heyətinin sədri Selçuk Bayraktar ABŞ-nin Suriyada vurduğu “Anka-S” zərbə tipli Pilotsuz Uçuş Aparatına (PUA) istinad edən paylaşım edib.

Ordu.az xəbər verir ki, Selçuk Bayraktarın X hesabından etdiyi paylaşımda “Quş ölər, sən uçuşu xatırla...” ifadələrinə yer verilib.

Bayraktarın bu paylaşımı sosial mediada böyük marağa səbəb olub. Bu, ötən günlərdə Suriyada ABŞ tərəfindən vurulan “Anka-S” PUA-sı ilə əlaqələndirilib.

Ötən günlərdə Türkiyə təhlükəsizlik qüvvələrinin Suriyada həyata keçirdiyi əməliyyatlarda PKK/YPG terror təşkilatına aid bir çox hədəf məhv edilib. Hədəfləri məhv edən PUA-lardan biri ABŞ ordusu tərəfindən “bölgədəki ABŞ ünsürlərinə 500 metr məsafəyə qədər yaxınlaşdığı” əsası ilə vurulub.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Selçuk-Bayraktar.Suriya   Anka-S  


Bizi "telegram"da izləyin