Türkiyə təhdidlərə boyun əyməyəcək və təhlükəsizliyi pozmayacaq

2023/06/altun-1688058620.jpg
Oxunub: 16192     17:20     06 Oktyabr 2023    
Biz təhdidlərə boyun əyməyəcəyik və təhlükəsizliyimizi pozmayacağıq.

Ordu.az-ın məlumatına görə, bunu Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altun deyib.

"Türkiyə qonşu ölkələrə sığınan terror qruplarının hücumlarına məruz qalmaqda davam edir. Şimali İraqda, Suriyanın şimalında və ya başqa yerdə terroru kökündən kəsəcəyik. Təhdidlərə boyun əyməyəcəyik və təhlükəsizliyimizi pozmayacağıq. Cənab Prezident Rəcəb Tayyib Ərdoğanın tez-tez ifadə etdiyi kimi, bir gecə qəflətən qapını döyə bilərik, terror təşkilatlarının qapılarında. Qətiyyətimizi sınamağa cəsarət edənlər keçmişdə məğlub etdiklərimizlə eyni aqibəti paylaşacaqlar. Müttəfiqlərimizdən tələbimiz və gözləntimiz odur ki, PKK və onun bölgədəki uzantılarının dəstəyinə son qoysunlar. Müttəfiqlərimiz üçün terrorla mübarizənin ən yaxşı yolu Türkiyə ilə sıx koordinasiya və əməkdaşlıqdan keçir",- deyə Altun bildirib.

Fəxrəddin Altun qeyd edib ki, strateji səbəblərə görə bu təşkilatlara yardım etmək həqiqətən böyük axmaqlıqdır. Ankarada törədilən terror aktını bir daha kəskin şəkildə qınayır və yaralanan qəhrəmanlarımıza tezliklə şəfa diləyirik. Terror təşkilatlarına mesajımız aydındır; Sizi ədalətə çatdırana qədər dayanmayacağıq. Müttəfiqlərimizə səslənirik ki, “terror təşkilatlarını dəstəkləmək kimi yanlış siyasətinizi dayandırın”.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   Fəxrəddin-Altun  


Bizi "telegram"da izləyin