TSQ-nin PKK/YPG hədəflərinə qarşı həyata keçirdiyi hava əməliyyatlarında milli tuşlama dəstlərindən istifadə edilib

2023/10/1696584818.jpg
Oxunub: 35375     14:32     06 Oktyabr 2023    
Türkiyə Silahlı Qüvvələrinin ötən gecə Suriyada PKK/YPG terror təşkilatı hədəflərinə qarşı həyata keçirdiyi hava əməliyyatlarında milli tuşlama dəstlərindən istifadə edilib.

Ordu.az xəbər verir ki, Türkiyə Milli Kəşfiyyat Təşkilatının Suriyanın şimalında PKK/YPG terror təşkilatının hədəflərinə qarşı ötən gün Pilotsuz Uçuş Aparatları (PUA) ilə başlatdığı hava əməliyyatları Türkiyə Silahlı Qüvvələrinə aid F-16-ların da iştirakı ilə gecə saatlarında artan templə davam edib.

Türkiyə Milli Müdafiə Nazirliyinin yaydığı açıqlamaya görə, F-16-lar Tel Rıfat, Cizirə və Derik bölgələrində 30-dan çox terrorçu hədəfini məhv edib. Məhv edilən terror hədəfləri arasında anbarlar, sığınacaqlar və neft obyektləri çoxluq təşkil edib.

Digər tərəfdən, Türkiyə Hərbi Hava Qüvvələrinə (HHQ) məxsus F-16-ların vurduğu PKK/YPG-nin nəzarətində olan neft obyektlərində baş verən yanğınlar gecə boyu davam edib.

F-16-lar tərəfindən həyata keçirilən əməliyyatda ASELSAN, ROKETSAN və TÜBİTAK-SAGE kimi Türkiyə müdafiə sənayesi şirkətləri tərəfindən milli imkanalrla inkişaf etdirilən HGK, LGK, KGK, “Gözde” və “Teber”n tuşlama dəstləri istifadə edilib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: TSQ   PKK/YPG   Türkiyə  


Bizi "telegram"da izləyin