Karakas və Vaşinqton venesuelalıların ölkələrinə qaytarılması ilə bağlı razılaşma imzalayıb

2023/10/1696568504.jpg
Oxunub: 29267     04:19     06 Oktyabr 2023    
Venesuela və ABŞ rəhbərliyi Cənubi Amerika ölkəsinin vətəndaşlarının repatriasiyası haqqında saziş imzalayıb.

Ordu.az xəbər verir ki, bu barədə Venesuela Xarici İşlər Nazirliyi bəyanat yayıb.

Bəyanatda deyilib ki, iki ölkənin səlahiyyətli orqanları arasında aparılan danışıqlar sonucunda imzalanan sənəd Venesuela vətəndaşlarının ABŞ-dən “nizamlı, təhlükəsiz və qanuni şəkildə geri qaytarılmasına” imkan verir.

Sənəddə diqqətə çatdırılıb ki, son illərdə ölkə vətəndaşlarının miqrasiyası birtərəfli sanksiyaların və iqtisadiyyatın blokadaya alınmasının “birbaşa nəticəsidir”.

Eyni zamanda, “Reuters”in məlumatına görə, söhbət Meksika-ABŞ sərhədini qanunsuz şəkildən keçmiş venesuelalıların deportasiyasından gedir.

Agentlik qeyd edib ki, son iki ildə yüz minlərlə venesuelalı Meksika-ABŞ sərhədinə çatmaq üçün Darien aralığı kimi tanınan təhlükəli cunqli bölgəsindən keçir. Miqrantların rekord axını Birləşmiş Ştatların şəhərlərinin resurslarının tükənməsinə yol açıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Karakas   Vaşinqton  


Bizi "telegram"da izləyin