Türkiyə Suriyanın şimalında hava əməliyyatı keçirib, 30 hədəf məhv edilib

2023/10/1696568373.jpg
Oxunub: 15973     01:40     06 Oktyabr 2023    
Suriyanın şimalındakı Tel-Rıfat, Cizirə və Dərik bölgələrindəki terrorçulara qarşı hava əməliyyat həyata keçirilib.

Ordu.az “Anadolu”ya istinadən xəbər verir ki, bu barədə ölkənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, məsul terrorçuların da daxil olduğu 30 hədəf məhv edilib.

Xatırladaq ki, Suriyanın PKK/YPG təşkilatının nəzarətindəki Tel-Rıfatın ətrafından terrorçular tərəfindən axşam saatlarında Dabık bölgəsindəki Türkiyə Silahlı Qüvvələrinin (TSQ) yerləşdiyi əraziyə reaktiv yaylım atəş sistemi vasitəsilə hücum edilib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   Suriya  


Bizi "telegram"da izləyin