Suriyada Türkiyənin bazasına hücum olub, yaralılar var

2023/10/1696568288.jpg
Oxunub: 34753     00:31     06 Oktyabr 2023    
Suriyanın PKK/YPG təşkilatının nəzarətindəki Tel-Rıfatın ətrafından terrorçular tərəfindən axşam saatlarında Dabık bölgəsindəki Türkiyə Silahlı Qüvvələrinin (TSQ) yerləşdiyi əraziyə reaktiv yaylım atəş sistemi vasitəsilə hücum edilib.

Ordu.az xəbər verir ki, bu barədə DHA məlumat yayıb.

Bildirilib ki, hadisədə 5 özəl hərəkat polisi və 3 hərbçi yaralanıb. Yaralılar Türkiyənin Qaziantep və Kilis şəhərlərinə təxliyə olunublar.

TSQ terrorçuları haubitsa və raket buraxıcı qurğularla cavab atəşinə tutub.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Suriya   Türkiyə  


Bizi "telegram"da izləyin