Bayden Meksika ilə sərhəddəki divarın tikintisini dayandıra bilmədiyini açıqlayıb

2022/05/da097-1653064095.jpg
Oxunub: 14291     23:02     05 Oktyabr 2023    
Ağ ev Konqresin müvafiq qərarından sonra Texasın cənub hissəsində ABŞ-Meksika sərhədində divarın tikintisi üçün federal vəsaitin ayrılmasını dayandıra bilməz.

Ordu.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Cozef Bayden jurnalistlərin suallarını cavablandırarkən etiraf edib.

“Mən bunu dayandıra bilmərəm”, - Amerika lideri vurğulayıb.

Bayden deyib ki, o, Konqresi vəsaitlərin yenidən bölüşdürülməsinə razı salmağa çalışıb, lakin ölkə qanunlarına əsasən, artıq ayrılmış pulları yenidən istiqamətləndirə bilməz.

ABŞ-Meksika sərhədində tikilən divarın səmərəli olub-olmaması ilə bağlı suala dövlət başçısı mənfi cavab verib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Bayden   ABŞ   Meksika  


Bizi "telegram"da izləyin