Politoloq: “Rəsmi Bakı Qarabağda separatçı liderlərin bir çoxunu saxlamağa nail olub”

2023/10/4307c-1696508532.jpg
Oxunub: 27391     16:05     05 Oktyabr 2023    
“Azərbaycan Qarabağda hərbi cinayətlər törədən separatçı liderlərin əksəriyyətini saxlamağa nail olub”.

Ordu.az xəbər verir ki, bunu rusiyalı politoloq, jurnalist və ictimai xadim Maksim Şevçenko deyib.

“Azərbaycan Qarabağda separatçıları həbs etməyə nail olub: “Royal-fleş” üçün sadəcə Sarqsyan və Koçaryan çatışmır”.

O qeyd edib ki, İkinci Dünya müharibəsindən bəri bu sayda hərbi cinayətkar eyni vaxtda saxlanılıb, cinayət məsuliyyətinə cəlb olunmayıb: “Rusiya təbliğatı bu məsələdə Nikol Paşinyanı günahlandırır, amma adi oxucu sual verir: Rusiya “Artsax layihəsi” üçün Azərbaycanla müharibə aparmalı idimi?”

Xatırladaq ki, sentyabrın 27-də “Laçın” dövlət sərhədinin buraxılış məntəqəsində Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi qulluqçularının sayıqlığı nəticəsində Ruben Vardanyan Azərbaycan Respublikasından Ermənistan istiqamətində hərəkət edərkən saxlanılıb.

Sentyabrın 29-da “Laçın” dövlət sərhədindən buraxılış məntəqəsində DSX əməkdaşlarının sayıqlığı nəticəsində Azərbaycan Respublikası ərazisinə qeyri-qanuni gələrək 2015-2018-ci illərdə qondarma “Dağlıq Qarabağ Respublikasının Müdafiə naziri” vəzifəsində çalışmış Lyova Henrixi Mnatsakanyan Azərbaycandan Ermənistan istiqamətində hərəkət etməyə cəhd göstərərkən saxlanılıb.

Oktyabrın 3-də “Dağlıq Qarabağ Respublikasının prezidenti” Arayik Arutyunyan Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən Xankəndi şəhərində saxlanılmış, ona Cinayət Məcəlləsinin 100, 116, 117, 120, 214, 214-1, 214-3, 218, 279-cu və digər maddələri ilə ittiham elan edilib.

Qarabağdakı separatçıların keçmiş “prezident”ləri Arkadi Qukasyan (1997-2007) və Bako Saakyan (2007-2020), “Daşnakasutyun”partiyasının “Qarabağ təmsilçisi” və separatçı rejimin keçmiş parlament sədri David İşxanyan törətdikləri cinayət əməllərinə görə DTX tərəfindən saxlanılaraq Bakıya gətirilib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Politoloq   Qarabağ   Separatçılar  


Bizi "telegram"da izləyin