Türkiyə ordusu İraqda yenidən PKK-ya qarşı hava əməliyyatı keçirib

2023/10/651a0-1696445533.jpg
Oxunub: 25697     22:24     04 Oktyabr 2023    
Türkiyə Hərbi Hava Qüvvələri İraqın şimalında PKK və ona bağlı terror təşkilatların hədəflərinə yeni zərbələr endirib.

Ordu.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Hərbi Hava Qüvvələri İraqın şimalındakı Metina, Qara, Hakurk, Qəndil və Asos bölgələrində terrorçuların hədəflərinə zərbələr endirib.

Sığınacaqlar, mağaralar və anbarlar da daxil olmaqla 22 hədəf məhv edilib. Bu obyektlərin terror təşkilatı tərəfindən istifadə edildiyi və orada komandanlıq səviyyəli funksionerlərin olduğu təxmin edilir.

Məlumatda qeyd olunub ki, əməliyyat zamanı günahsız mülki şəxslərə, tarixi və mədəni sərvətlərə və ətraf mühitə dəyən zərərin qarşısını almaq üçün hər cür tədbir görülüb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   İraq  


Bizi "telegram"da izləyin