Hakan Fidan: "Terrorçular hərəkətlərinə görə peşman olacaqlar"

2023/09/1695983087.jpg
Oxunub: 213     16:20     04 Oktyabr 2023    
"Terrorçular hərəkətlərinə görə peşman olacaqlar".

Ordu.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan bildirib.

"İraq və Suriyada PKK və YPG-yə məxsus bütün infrastruktur və üst quruluş obyektləri Türkiyə təhlükəsizlik, silahlı qüvvələr və kəşfiyyatının qanuni hədəfləridir. İnsanları PKK/YPG obyektlərindən və şəxslərdən uzaq durmağı tövsiyə edirəm", - deyə XİN rəhbəri vurğulayıb.

Onun sözlərinə görə, Ankarada terror aktı törədən 2 terrorçu ilə bağlı yeni məlumatlar üzə çıxıb. O, terrorçuların Suriyadan gəldiyini və kimliklərinin müəyyən edildiyini bəyan edib.

Qeyd edək ki, oktyabrın 1-də Ankarada Daxili İşlər Nazirliyinin binası yaxınlığında partlayış baş verib. Hadisə nəticəsində bir neçə polis əməkdaşı yaralanıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Hakan-Fidan   Türkiyə  


Bizi "telegram"da izləyin