Türkiyə ordusu İraqda əməliyyat keçirib, çoxlu sayda terrorçu zərərsizləşdirilib

2019/08/thumb-1565760375.jpg
Oxunub: 30895     00:01     04 Oktyabr 2023    
Türkiyə ordusu İraqda əməliyyat keçirib, PKK-nın çoxlu sayda terrorçusu zərərsizləşdirilib.

Ordu.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Əməliyyat İraqın şimalında Metina, Qara, Hakurk, Qəndil və Asos bölgələrində həyata keçirilib.

Havadan endirilən zərbələr nəticəsində 16 hədəf vurulub. Terrorçuların olduğu hesab edilən sığınacaq və anbarlar məhv edilib.

Məlumatda qeyd olunub ki, əməliyyat zamanı günahsız mülki şəxslərə, tarixi və mədəni sərvətlərə və ətraf mühitə dəyən zərərin qarşısını almaq üçün hər cür tədbir görülüb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:


Bizi "telegram"da izləyin