BMT missiyası başa çatdı: İnfrastruktura heç bir zərər müəyyən olunmadı - VİDEO

2023/10/1696337132.jpg
Oxunub: 317     16:42     03 Oktyabr 2023    
Qarabağa səfər edən BMT missiyası işini başa çatdırıb. Təşkilatdan verilən yekun bəyanata görə, mülki infrastrukturda heç bir ziyan görülməyib və mülki şəxslərə qarşı zorakılıq müəyyən olunmayıb.

Ordu.az xəbər verir ki, bu barədə Türkiyənin “Haber Global” kanalı süjet hazırlayıb.

Qeyd edilir ki, Azərbaycan Qarabağda qalan və ya Ermənistana qayıdacaq ermənilər üçün inteqrasiya planını açıqlayıb.

“BMT heyəti ziyarət etdikləri yerlərdə xəstəxanalara və ya mülki ictimai infrastrukturlarında heç bir zərər görməyib. Onlar, həmçinin Azərbaycan hökumətinin şəhərdə səhiyyə xidmətlərinin bərpası üçün hazırlıq gördüyünün şahidi olublar. Bundan başqa mülki şəxslərə qarşı zorakılıq hallarına rast gəlməyiblər”, - deyə süjetdə bildirilir.
Reportajda, həmçinin Ermənistanın qarayaxma kampaniyalarına da toxunulub, heç bir dəlil olmadığı halda ermənilərin “məcburi köçə”, hətta “etnik təmizləməyə” məruz qalması yalanını irəli sürdükləri vurğulanıb.

Ətraflı süjetdə:



Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: BMT   Azərbaycan  


Bizi "telegram"da izləyin