Ordu.az bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə istinadən xəbər verir.
Məlumata görə, nazir Rəşad Nəbiyev İSESKO-nun baş direktoru Salim Almaliklə ikitərəfli görüş keçirib. O, 74-cü Beynəlxalq Astronavtika Konqresində iştirak məqsədilə Bakıda səfərdədir.
Görüş zamanı Azərbaycanda qabaqcıl texnologiyaların tətbiqi ilə dayanıqlı inkişafa nail olmaq məqsədilə həyata keçirilən təşəbbüslərdə İSESKO ilə əməkdaşlığın inkişafı məsələləri müzakirə edilib.
Ordu.az