Qırğızıstan Prezidenti Müdafiə Nazirliyində təyinatlar həyata keçirib

2023/08/sadir-1691585521.jpg
Oxunub: 15286     10:25     03 Oktyabr 2023    
Qırğızıstan Prezidenti Müdafiə Nazirliyində bir sıra təyinatlar həyata keçirib.

Ordu.az yerli KİV-ə istinadən xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.

Məlumatda qeyd edilib ki, Silahlı Qüvvələrin (SQ) Baş Qərargah rəisi Erlis Terdikbayev müdafiə nazirinin birinci müavini təyin edilib. Digər sərəncamla Akılbek İbrayev bu vəzifədən azad edilib.

Əvvəllər SQ-nin Cənub-Qərb Əməliyyat Komandanlığının komandanı vəzifəsində çalışan Ruslan Mukambetov Baş Qərargahın rəisi olub. Onun yerinə isə Almazbek Karasartov təyin edilib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Qırğızıstan   MN  


Bizi "telegram"da izləyin