TEI-PD170 mühərriki “Aksungur” ilə uçuş vaxtı rekordunu qırıb

2023/10/1696313659.jpg
Oxunub: 25612     12:12     03 Oktyabr 2023    
Türkiyənin ilk milli turbodizel aviasiya mühərriki TEI-PD170 35 saatlıq uçuşla rekord qırıb.

Ordu.az xəbər verir ki, TEI tərəfindən layihələndirilən və istehsal edilən Türkiyənin ilk milli turbodizel aviasiya mühərriki TUSAŞ-ın “Aksungur” PUA-sı ilə 35 saatlıq fasiləsiz uçuşla milli aviasiya mühərriki ilə əldə edilən ən uzun uçuş müddəti rekordunu qırıb.

TEI-PD170 mühərriki “Aksungur” ilə əvvəlki uçuşlarında 30 min fut hündürlüyü keçərək bu sahədə rekord qırıb.

Hündürlük imkanlarına və yanacaq sərfiyyatına görə rəqiblərini qabaqlayan TEI-PD170 iki mərhələli seriyalı turbokompressor sisteminə malikdir.

JP-8 və ya “Jet-A1” yanacaqları ilə idarə oluna bilən TEI-PD170 mühərriki 162 kq quru çəkisi ilə rəqiblərini xeyli qabaqlayır.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   Aksungur  


Bizi "telegram"da izləyin