Almaniya Ukraynaya döyüş sursatları və minalardan təmizləmə maşınları göndərib

2023/10/1696309823.jpg
Oxunub: 172     09:09     03 Oktyabr 2023    
Berlin bir həftə ərzində Kiyevə 32 823 ədəd 40 mm-lik sursat göndərib.

Ordu.az-ın məlumatına görə, bu barədə Almaniya Müdafiə Nazirliyindən bildirilib.

Nazirlikdən bildirilib ki, Almaniya, həmçinin Kiyevə daha 14 "Bandvagn 206" iki hissəli xizəkli-tırtıllı avtomobil, iki "Wisent 1" minatəmizləmə maşını, bir "Beaver" körpü sistemi, sərhədçilər üçün 21 maşın, 11 yedəkçi və 12 qoşqu tədarük edib.

Göndərilən yüklərin siyahısına həmçinin “Leopard” tankları üçün radiostansiyalar, 99 peyk rabitə terminalı, şifrələmə sistemli 239 smartfon və qoruyucu eynəklər daxildir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Almaniya   Ukrayna  


Bizi "telegram"da izləyin