FT: Hindistan Kanadadan 40-a yaxın diplomatı geri çağırmağı tələb edib

2023/10/1696309624.jpg
Oxunub: 26184     08:15     03 Oktyabr 2023    
Hindistan 40-a yaxın kanadalı diplomatın oktyabrın 10-dək vətənə qayıtmasını tələb edib.

Ordu.az xəbər verir ki, bu barədə “Financial Times” öz mənbələrinə istinadən məlumat yayıb.

Bildirilib ki, Yeni Dehli qeyd olunan tarixdən sonra bu siyahıdan Hindistanda qalacaq Kanada nümayəndələrini diplomatik toxunulmazlıqdan məhrum etməklə hədələyib.

Həm Kanada XİN, həm də Hindistan hökuməti nəşrin sorğusuna cavab verməkdən imtina ediblər.

Xatırladaq ki, Kanada sentyabrın əvvəlində Kanada siqh icmasının lideri Hardip Sinqh Nicarın iyun ayında öldürülməsi ilə əlaqədar Hindistanla azad ticarət danışıqlarını dayandırıb. Ottava Hindistan xüsusi xidmət orqanlarının bunda əli ola biləcəyini güman edir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Hindistan   Kanada  


Bizi "telegram"da izləyin