Türkiyənin 18 şəhərində PKK-ya qarşı əməliyyat keçirilib, 90-a yaxın insan saxlanılıb

2023/08/tsk-F-1691134349.jpg
Oxunub: 34159     07:45     03 Oktyabr 2023    
Türkiyənin Şanlıurfa mərkəzli 18 şəhərində PKK/YPG terror təşkilatının özək strukturuna qarşı əməliyyat keçirilib.

Ordu.az “Hürriyet”ə istinadən xəbər verir ki, bu tədbir Milli Kəşfiyyat Təşkilatı (MİT), Polis İdarəsi və Şanlıurfa Respublika Baş Prokuroruğunun birgə əməliyyatıdır.

Bildirilib ki, eynivaxtlı əməliyyat zamanı 90-a yaxın şəxs saxlanılıb. Antiterror əməliyyatının adı “Yatan özək” olub.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   PKK  


Bizi "telegram"da izləyin