Ağ ev Kremlə cavab verib: “Putin bizi üstələyə biləcəyini düşünürsə, yanılır”

2023/01/55444-1674543031.jpg
Oxunub: 249     23:26     02 Oktyabr 2023    
Ağ ev Kremlin Qərbin Ukraynaya yardımdan yorğunluğunun artacağı və Kiyevin Qərb tərəfdaşları arasında ziddiyyətlərin artacağı ilə bağlı iddialarını rədd edib.

Ordu.az “C-SPAN”a istinadən xəbər verir ki, bu barədə Ağ evin mətbuat katibi Karin Jan-Pyer brifinqdə deyib.

Jan-Pyer rusiyalı həmkarına Ukraynanın arxasında güclü ittifaqın olduğunu xatırladıb:

“Ukraynanın arxasında güclü, çox güclü beynəlxalq koalisiya var. Əgər Putin bizi üstələyə biləcəyini düşünürsə, yanılır”.

O həmçinin bildirib ki, Vaşinqton tezliklə Ukraynaya yeni yardım paketi elan edəcək.

Xatırldaq ki, daha öncə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov “müxtəlif ölkələrin, o cümlədən ABŞ-nin Kiyev rejiminə tamamilə absurd sponsorluqdan yorğunluğunun artacağını” demişdi. Onun fikrincə, “bu yorğunluq siyasi isteblişmentin parçalanmasına və ziddiyyətlərin artmasına gətirib çıxaracaq”.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ağ-ev   Kreml   Qərb   Ukrayna  


Bizi "telegram"da izləyin