Ordu.az xəbər verir ki, bu barədə Karasin “Telegram” kanalında paylaşım edib.
“Erməni parlamentarilərdən birinin qəribə bəyanatı məni təəccübləndirdi. Açığını desəm bu çox qalmaqallıdır. Bilmirəm, bu, anti-Rusiya meyilləridir yoxsa siyasi dividend qazanmaq cəhdidir? Əminəm ki, belə şeylər Ermənistanda dəstək tapmayacaq və müəyyən siyasi vəziyyət naminə xalqlarımız arasındakı çoxəsrlik dostluğu sarsıtmayacaq”, - deyə o bildirib.
Karasin xatırladıb ki, sentyabrda keçirilən Rusiya-Ermənistan Media Forumunda Ermənistan kanallarının yayımı məsələləri ətraflı müzakirə olunub. Bu məsələnin inkişafı diqqətdə saxlanılır.
Ordu.az