Azərbaycan Süni İntellekt sahəsində İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) ilə əməkdaşlıq etmək niyyətindədir.
Ordu.az xəbər verir ki, bunu Azərbaycana rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev özünün X hesabında qeyd edib.
“74-cü Beynəlxalq Astronavtika Konqresində iştirak məqsədilə ölkəmizdə səfərdə olan İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO - red.) baş direktoru Salim Almaliklə görüşdük. Azərbaycanda qabaqcıl texnologiyaların tətbiqi ilə dayanıqlı inkişafa nail olmaq məqsədilə həyata keçirilən təşəbbüslərdə, o cümlədən süni intellekt sahəsində ICESCO ilə əməkdaşlığın inkişafı məsələlərini müzakirə etdik”-nazir vurğulayıb.
Ordu.az
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Teqlər:
Azərbaycan
ICESCO