Zelenski və Ursula von der Leyen arasında telefon danışığı olub

2023/10/1696262688.jpg
Oxunub: 162     19:38     02 Oktyabr 2023    
Ukrayna Prezidenti Vladimir Zelenski və Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen arasında telefon danışığı olub.

Ordu.az xəbər verir ki, bu barədə Prezident Zelenskinin "X" hesabında bildirilib.

"Böyük beynəlxalq tədbirlərdən əvvəl mövqelərimizi koordinasiya etmək üçün Ursula von der Leyen ilə danışdım. Biz alternativ taxıl marşrutlarını müzakirə etdik. Eyni zamanda, üzv dövlətlər tərəfindən birtərəfli məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı konstruktiv dialoqu davam etdirmək və ukraynalı fermerlərə dəstək yollarını axtarmaq barədə razılaşdıq.

Qarşıdakı dörd il üçün 50 milyard avro dəyərində uzunmüddətli maliyyə dəstəyi proqramı hazırladığı üçün Avropa İttifaqına minnətdaram. Üzv dövlətlərin bunu dəstəkləməsini səbirsizliklə gözləyirik", - Zelenski bildirib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Zelenski   Leyen  


Bizi "telegram"da izləyin