Prezident: "Mərkəzi hökumət Qarabağda yaşayan erməni əhaliyə genişmiqyaslı humanitar yardımlar edib"

2023/10/651ac-1696255450.jpg
Oxunub: 212     17:57     02 Oktyabr 2023    
Antiterror tədbirləri dayandırıldıqdan sonra mərkəzi hökumət tərəfindən Qarabağ bölgəsində yaşayan erməni əhalisinə genişmiqyaslı humanitar yardımlar edilib, miqrasiya, sosial müdafiə və səhiyyə sahələri ilə bağlı əhaliyə yerində xidmətlər göstərilib.

Ordu.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev oktyabrın 2-də Anqlikan Kilsəsinin dini rəhbəri, Kenterberi Arxiyepiskopu Castin Velbini qəbul edərkən bildirib. Dövlət başçısı Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Qarabağın erməni sakinlərinin hüquqlarının və təhlükəsizliyinin təmin olunması ilə bağlı geniş ictimaiyyətə, həmçinin ermənilərə ünvanlanmış bəyanat verdiyini vurğulayıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Prezident   İlham-Əliyev  


Bizi "telegram"da izləyin