Erməni partiya rəhbəri: “Köçəryan-Sarkisyan klanı güclənəndə Ermənistanın tamamilə sonu olacaq, Zəngəzursuz quberniya olacaq”

2023/10/60-16-1696238085.jpg
Oxunub: 484     22:32     02 Oktyabr 2023    
“Azərbaycan ordusunun Arazdəyən yaxınlığında dayandığı, Ermənistana “100 min nəfərin köçdüyü” (Qarabağı könüllü tərk edən ermənilər-red.) və hər qəpiyin vacib olduğu bir şəraitdə ikinci mərhələyə yol vermək olmaz”.

Ordu.az xəbər verir ki, bunu “Vətəndaş Müqaviləsi” partiyasının keçmiş üzvü, İrəvanın keçmiş şəhər başçısı Hayk Marutyanın bəyanatına cavab olaraq “İctimai səs” partiyasının rəhbəri Vardan Qukasyan deyib.

O qeyd edib ki, ikinci mərhələyə icazə verməyi, küçə-küçə düşərək təbliğat aparmağı qəbul etmir.

“Belə bir təhlükə var, ən böyük təhlükə, Robert Köçəryan-Serj Sarkisyan klanı mövqelərini gücləndirməməlidir. Avinyan yenidən seçilirsə, qanun ona etimadsızlıq bildirməyə və bir ildən sonra onu vəzifəsindən uzaqlaşdırmağa imkan verir, lakin Robert Köçəryan-Serj Sarkisyan klanı güclənəndə Ermənistanın tamamilə sonu olacaq, Zəngəzursuz quberniya olacaq”, - deyə Qukasyan bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Köçəryan   Sarkisyan   Ermənistan  


Bizi "telegram"da izləyin