Sarkisyan Qranada görüşü haqqında: “O sənəd bizi 10 noyabr sənədindən və o bədnam 9-cu maddədən çıxaracaq”

2023/10/1696237990.jpg
Oxunub: 33052     21:50     02 Oktyabr 2023    
“Mən çox istərdim ki, danışıqlar aparan tərəflərin əvvəlcədən razılaşdırdıqları bəndlər əsasında Qranadada sənəd imzalansın”.

Ordu.az xəbər verir ki, bunu Ermənistanın “Respublika” partiyasının rəhbəri Aram Z. Sarkisyan deyib.

O qeyd edib ki, bu, əvvəllər əldə edilmiş razılaşmaların qüvvədə olduğunu, Aİ, Fransa və Almaniyanın həmin sazişlərin təminatçısı olacağını təsdiq edərdi.

“Bu, gələcək sülh sənədinin yekun imzalanması baxımından böyük fərq yaradacaq. Bu sənəddə əsasən üç bənd var. Birinci bənd həm Nikol Paşinyan, həm də İlham Əliyevin razılaşdığı 1991-ci il Almatı müqaviləsinə əsasən ərazi bütövlüyünün tanınmasıdır. İkincisi 1975-ci il xəritələri ilə baş verməli və beynəlxalq ictimaiyyətin məsləhətçi kimi iştirak etməli olduğu delimitasiya prosesidir. Bununla bağlı da razılıq var. Üçüncüsü isə beynəlxalq qanunlarla və bütün istiqamətlərdə yolların açılmasına aiddir. Bu da müsbət haldır, çünki beynəlxalq qanunlar olduğu halda heç bir müşayiət ola bilməz, istənilən ölkədə bu yollar açılacaq və bu istiqamətlərə həmin ölkələrin müvafiq təhlükəsizlik xidmətləri xidmət göstərəcəklər. Həmin sənəd bizi 10 noyabr sənədindən çıxaracaq və o bədnam 9-cu bənd bundan sonra fayda verməyəcək, - deyə Sarkisyan bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Sarkisyan   Qranada   Görüş  


Bizi "telegram"da izləyin