“Fransa İranı Qərblə birləşdirən halqadır, Tehran Zəngəzurda konsulluğun açılmasının əleyhinə olmayacaq” - Erməni iranşünas

2023/10/1696237634.jpg
Oxunub: 341     20:53     02 Oktyabr 2023    
“İrandan Ərdoğanın açıqlamasına rəsmi cavab verilməyib”.

Ordu.az xəbər verir ki, erməni iranşünas Edvard Berucanyan deyib.

Berucanyanın sözlərinə görə, Ərdoğanın ideyası Tehran tərəfindən bəyənilsə, İran zərər görəcək.

“Qafqazda İran-Rusiya münasibətləri rəqabətli olub. Türkiyənin aktivləşməsi ilə İran-Rusiya əməkdaşlığının yeni ucları tapılıb. İran Cənubi Qafqazda fəal iştirak etməyə çalışır. Son proseslərdə Rusiya-İran əməkdaşlığı gərgindir. Rusiya Cənubi Qafqazdakı hadisələrə Tehranın nöqteyi-nəzərini aydınlaşdırmağa çalışır. İranın mövqeyi olmadan Türkiyə və Rusiya regionda hərəkətə keçə bilməz”, - deyə o qeyd edib.

Berucanyan bildirib ki, Fransa İranı Qərblə birləşdirən halqadır, Tehran Zəngəzurda konsulluğun açılmasının əleyhinə olmayacaq.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   Ərdoğan   Zəngəzur  


Bizi "telegram"da izləyin