Movses Hakopyan: “Azərbaycan məni də tələb edəcək”

2018/05/2b528cfb9356f672044226f29b37be9e4564_1522912528_1526383257_1527163992_1527181640.jpg
Oxunub: 571     18:47     30 Sentyabr 2023    
Ermənistanın silahlı qüvvələri baş qərargahının keçmiş rəisi, keçmiş baş hərbi müfəttiş, general-polkovnik Movses Hakopyan yerli mətbuata müsahibəsində bildirib ki, Azərbaycanın növbəti hədəfi o olacaq.

“Bilirəm ki, onlar məni də tələb edəcəklər. Ola bilər ki, Ermənistan rəhbərliyi məni təhvil verməyə çalışsın, amma buna nail olmayacaqlar”, - Hakopyan qeyd edib.

Xatırladaq ki, Hakopyan Azərbaycanın Xocavənd rayonunda anadan olub. O, 2007-2015-ci illərdə qondarma separatçı rejimin “müdafiə naziri” işləyib.

Bununla yanaşı, Hakopyan həm də Ermənistanın təhlükəsizlik şurasının hazırkı katibi Armen Qriqoryanın dayısıdır. O, sonuncu dəfə Ermənistan müdafiə nazirliyinin hərbi nəzarət xidmətinin rəisi vəzifəsində işləyib və baş nazir Nikol Paşinyanla ziddiyyətlərinə görə vəzifəsindən istefa verib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Movses-Hakopyan   Azərbaycan  


Bizi "telegram"da izləyin