Azərbaycanın mərkəzi hakimiyyəti növbəti tibbi yardım briqadasını Xankəndinə yola salıb

2023/09/1696084814.jpg
Oxunub: 26040     18:32     30 Sentyabr 2023    
Azərbaycanın mərkəzi hakimiyyəti növbəti tibbi yardım briqadasını Xankəndinə yola salıb.

Ordu.az xəbər verir ki, bu gün 5 təcili tibbi yardım avtomobili həkim heyəti ilə birgə təcili tibbi yardım və müayinə işinin təşkili məqsədilə Xankəndinə göndərilib.

Təcili Tibbi Yardım briqadası Ağdam-Əsgəran-Xankəndi yolu ilə yola salınıb.

Qeyd edək ki, lokal xarakterli antiterror əməliyyatından sonra, Qarabağda yaşayan erməni sakinlərinin ehtiyaclarını ödəmək məqsədi ilə, yanacaq, ərzaq və digər təminatlarla yanaşı, əhalinin zəruri Tibbi ehtiyaclarının ödənilməsi işlərində diqqətdə saxlanılır. 30 sentyabr tarixində yola salınan təcili tibbi yardım briqdasının göndərilməsidə bu məqsədlə həyata keçirilib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Azərbaycan   Xankəndi  


Bizi "telegram"da izləyin