Türkiyənin hakim partiyası ermənilərin ABŞ-dəki təxribatçı əməllərini pisləyib - YENİLƏNİB

2023/09/1696075650.jpg
Oxunub: 199     16:08     30 Sentyabr 2023    
Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası (AK Parti) ermənilərin ABŞ-dəki təxribatçı əməllərini pisləyib.

Ordu.az xəbər verir ki, bu barədə partiyanın sözçüsü Ömər Çəlik danışıb.

“ABŞ-də Vaşinqtondakı səfirimiz Murat Mercanın da iştirak etdiyi tədbirdə ermənilərin hücumlarını şiddətlə qınayırıq”, - o bildirib.

****

ABŞ-nin Los Anceles şəhərində “Türkiyənin xarici siyasətində xalq diplomatiyasının rolu” adlı konfransda Azərbaycan və Türkiyəyə qarşı təxribat olub.

Ordu.az xəbər verir ki, bir qrup erməni Azərbaycanın Los Anceles şəhərindəki konsulu Ramil Qurbanovu və Türkiyə təmsilçilərini hədəf alaraq Azərbaycan və Türkiyə əleyhinə təhqirlər səsləndirib.

Təxribat təxminən 10 dəqiqə davam edib.

Polis və təhlükəsizlik əməkdaşlarının köməyi ilə təxribatçılar iclas salonundan çıxarılıb.



Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:


Bizi "telegram"da izləyin