Minatəmizləmə fəaliyyətinin əlaqələndirilməsi ilə bağlı Fərmanda dəyişiklik edilib

2023/08/4ba9e-1692724198.jpg
Oxunub: 181     13:57     30 Sentyabr 2023    
Prezident İlham Əliyevin Fərmanı ilə “Azərbaycan Respublikasında minatəmizləmə fəaliyyətinin əlaqələndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 2021-ci il 16 sentyabr tarixli 1441 nömrəli Fərmanda dəyişiklik edilib.

Ordu.az xəbər verir ki, Fərmanda deyilir:

"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

“Azərbaycan Respublikasında minatəmizləmə fəaliyyətinin əlaqələndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 16 sentyabr tarixli 1441 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021, № 9, maddə 981) aşağıdakı dəyişikliklər edilsin:

1. 1.3-cü bənddə və 3.3.1-ci yarımbənddə “məlumat bazasına” sözləri “informasiya sisteminə” sözləri ilə əvəz edilsin.

2. 2.4-cü bənddə “elektron məlumat bazasının (bundan sonra – məlumat bazası)” sözləri “informasiya sisteminin (bundan sonra – informasiya sistemi)” sözləri ilə əvəz edilsin".

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Minatəmizləmə   Fərman  


Bizi "telegram"da izləyin