Türkiyədə “Planetary Congress” başlayıb

2023/09/29_50-1696062274.jpg
Oxunub: 198     18:23     30 Sentyabr 2023    
Türkiyənin Bursa bölgəsində “Planetary Congress” başlayıb.

Ordu.az xəbər verir ki, “Bursa Business School” Uludağ Kampusunda təşkil edilən konqresdə 70-dən çox dünya şöhrətli astronavt öz təcrübələrini bölüşəcək.

Konqresdə kosmosdakı işləri ilə adından söz etdirən astronavtlar və kosmonavtlar kosmos şüurunu artırmaq üçün çalışacaqlar.

Tədbirlər çərçivəsində Türkiyənin ilk kosmos səyahətçiləri Alper Gezeravcı və Tuva Atasever də Türkiyənin “Gələcəyin Proyeksiyası” sessiyası çərçivəsində kosmos həvəskarları ilə görüşəcək.

Türkiyə Cümhuriyyətinin 100-cü ildönümündə Bursada keçirilən tədbirin mövzusu “Gələcək göylərdədir” olaraq seçilib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   Planetary-Congress  


Bizi "telegram"da izləyin