“Robotumuz təxminən 25 kiloqram çəki daşıya bilir, 1 metrlik bir sahədən tullana bilir” - BİTES Baş direktoru

2023/09/29_57-1696062173.jpg
Oxunub: 172     16:41     30 Sentyabr 2023    
Türkiyənin “BİTES Savunma, Havacılık & Uzay Teknolojileri” şirkətinin Baş direktoru Uğur Coşkun aviasiya, kosmos və texnologiya festivalı TEKNOFEST İzmirdə “Keçi” robot itinin normal avtonom vasitə və quru platformalarına nisbətən fəaliyyət sahələrinin coğrafiyasına daha uyğun olduğunu deyib.

Ordu.az xəbər verir ki, Coşkun dağlıq, qayalıq və çatılması çətin olan ərazilərə çatmaq üçün daha sürətli hərəkət edən robot hazırladıqlarını bildirib.

O qeyd edib ki, robot təxminən 25 kiloqram çəki daşıya bilir.

“1 metrlik bir sahədən tullana bilir. Əməliyyat sahələrində materialların bir yerdən başqa yerə daşınması, əlaqə nöqtəsi yaradılması, kəşfiyyatın aparılması, minaların axtarışı, mağaralara lazımi sursat yerləşdirərək mağara girişindəki araşdırmaların təmizlənməsi kimi bir çox xüsusiyyətə malikdir. Quru Qoşunları və ya Xüsusi Təyinatlı Qüvvələrin ehtiyac duyduqları əməliyyatlarda istifadə edə biləcəyi pilotsuz infrastruktur platformasıdır. Testlər və sınaqlar aparıldı. Hazırda tətbiq sahələrində sınaqdan keçirilməlidir. Sistem buna hazırdır. Biz çox hazırıq və həyata keçirməyə yaxınıq”, - deyə o bildirib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   BİTES   Savunma  


Bizi "telegram"da izləyin