Ordu.az xəbər verir ki, festivalda ASELSAN-ın insansız quru platforması olan “Aslan” Lazerlə İdarə olunan Mini Raket Sistemi “Mete” ilə inteqrasiya edilmiş şəkildə təqdim olunub.
ASELSAN Baş direktoru Əhməd Akyol 10 ildən artıqdır ki, insansız sistemlərə sərmayə qoyduqlarını, quru və dəniz sahələrində sistemlərə sahib olduqlarını bildirib.
“Aslan” və “Ertuğrul” vasitələrini TEKNOFEST İzmirdə sərgilədiklərini deyən Akyol “Ertuğrul” Bomba Məhvetmə Robotunun inventarda olduğunu və bu il ixracının da həyata keçirildiyini qeyd edib.
Akyol “Aslan” vasitəsinin də bu il inventara daxil edildiyini bildirib.
Sevinc Əliyeva
Ordu.az