Avstraliya 40 “Taipan” helikopterini vaxtından əvvəl istismardan çıxarıb

2023/09/Avust-1696062019.jpg
Oxunub: 21711     16:43     30 Sentyabr 2023    
Avstraliya ordusu iyul ayında helikopterin dənizə düşməsi nəticəsində dörd ekipaj üzvünün həlak olmasından sonra MRH-90 “Taipan” helikopter parkını vaxtından əvvəl istismardan çıxardığını açıqlayıb.

Ordu.az xəbər verir ki, Uitsandi adaları yaxınlığında döyüş oyunu təlimləri zamanı gecə qəzası araşdırılarkən, 40-dan çox “Taipan” helikopteri yerə endirilib.

Helikopterlərin 2024-cü ilin sonunda istismardan çıxarılması planlaşdırılıb.

Qeyd edək ki, bu ilin əvvəlində Avstraliya hökuməti təxmini dəyəri 1,9 milyard dollar olan 40 ədəd UH-60M “Black Hawk” helikopteri aldığını açıqlayıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Avstraliya   Taipan  


Bizi "telegram"da izləyin