Avstraliya bir daha MRH-90 “Taipan” helikopterlərini heç vaxt uçurmayacaq

2023/09/55555-1696059393.jpg
Oxunub: 255     19:35     30 Sentyabr 2023    
İyul ayında dörd əsgərin ölümü ilə nəticələnən qəzadan sonra Avstraliya ordusu MRH-90 “Taipan” helikopterlərindən ibarət parkını bir daha heç vaxt uçurmayacaq.

Ordu.az xəbər verir ki, bu barədə Avstraliyanın müdafiə naziri Riçard Marles bildirib.

İyulun 28-də Avstraliyanın şimal-şərq sahillərində Uitsandi adalarında gecə təlimi zamanı helikopterin Sakit okeana düşməsindən sonra Avstraliyanın 40-dan çox Avropa dizaynlı “Taipan”dan ibarət helikopter parkının fəaliyəti dayandırılıb.

Avstraliyanın müdafiə naziri qeyd edib ki, “Taipan”ın uçuş əməliyyatlarına həmişəlik son qoymaq yeganə məntiqli qərardır.

“Biz bu qərarı bu gün veririk. Bir çox cəhətdən bu, qaçılmaz idi, lakin “Black Hawk”larımızı mümkün qədər tez havaya çıxara bilməyimiz üçün atılması vacib addımdır”, - deyə nazir əlavə edib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Avstraliya   MRH-90   Taipan  


Bizi "telegram"da izləyin