Ordu.az xəbər verir ki, Pentaqon rəsmisi bu addımı dəniz hüquqlarının müdafiəsi üçün “cəsarətli addım” adlandırıb.
Müdafiə nazirinin müavini Lindsey Fordun sözlərinə görə, Birləşmiş Ştatlar Cənubi Çin dənizində gəmilərinə silahlı hücum olacağı təqdirdə, onilliklər ərzində əldə edilmiş razılaşmaya əsasən, Cənub-Şərqi Asiya dövlətini müdafiə etməyə sadiqdir.
“Biz bu öhdəliklərin arxasında olduğumuzu dəfələrlə demişik və bundan sonra da davam edəcəyik”, - deyə o bildirib.
Sevinc Əliyeva
Ordu.az