Erməni ekspert: “Zəngəzur dəhlizi məsələsi sülh yolu ilə həll olunmasa, Türkiyə və Azərbaycan hərbi yola əl atacaq”

2021/09/6961a-1632812872.jpg
Oxunub: 435     17:14     30 Sentyabr 2023    
“Ərdoğanın planlarında iki variant var: Ermənistana təzyiq edərək dəhliz əldə etmək və ya Azərbaycana üz tutmaq, hərbi yolla əldə etmək”.

Ordu.az xəbər verir ki, bunu erməni türkşünas Ruben Safrastyan deyib.

Safrastyanın sözlərinə görə, Türkiyə qlobal oyunçu olmaq istəyir.

Safrastyan qeyd edib ki, Türkiyəyə onun arxasında təkcə Azərbaycanın dayanması deyil, türk dövlətlərinin təşkilatlanması lazımdır.

“Türkiyəyə bu qlobal oyun üçün Zəngəzur dəhlizi lazımdır. Türkiyəlilər və azərbaycanlılar hərbi əməliyyatlardan qaçacaqlar. Zəngəzur dəhlizi məsələsi sülh yolu ilə həll olunmasa, Türkiyə və Azərbaycan hərbi yola əl atacaq”, - deyə o bildirib.

Erməni ekspert hesab edir ki, Ermənistan gələcək strateji qərarların verilməli olduğu bir nöqtəyə yaxınlaşır.

“Bizim vacib qərarlarımız Ermənistanın daxili vəziyyətindən asılıdır”, - deyə o əlavə edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   Azərbaycan  


Bizi "telegram"da izləyin